Azad Rəhimovun fəaliyyəti yoxlanıldı

01/02/2019 - 11:45 2 863 0   0  

Hesablama Palatası Gənclər və İdman Nazirliyinin tabeliyində olan idman kompleksləri üzrə daxilolmaların və xərclərlə əlaqədar audit yoxlamasını başa çatdırıb. 
BakuPost-un məlumatına görə, bu barədə Hesablama Palatasının Kollegiya iclasında məlumat verilib. 
"Formula-1” yarışının keçirilməsinə ayrılan vəsaitlərin icrasına dair də audit yoxlaması keçirilib. 
Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə auditor hesabatı barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.