AXISXA TÜRKLƏRİNİN EKOFƏALLARA DƏSTƏYİ ERMƏNİLƏRİ QICIQLANDIRIB… - Erməni KİV-ləri DATÜB rəhbərliyini hədəfə alıb… / FOTOFAKT

24/01/2023 - 10:07 804 0   0  

Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin (ATVİB) sədr müavini və Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) İdarə Heyətinin üzvü, Azərbaycan vətəndaşı Mövlud İşık 13 yanvar 2023-cü il tarixində Şuşa-Xankəndi yolunda keçirilən ekoloji aksiyaya qatılaraq ATVİB və DATÜB-ün dəstəyini ifadə edib.

Suveren.az-ın məlumatına əsasən, Ermənistanın bir sıra KİV-ləri, o cümlədən panorama.ampastinfo.amrussia-artsakh.ru saytları ATVİB və DATÜB-ün ekofəallara dəstəyindən ciddi narahat olublar.

Məsələn, panorama.am saytı “Artsax”dan olan sosial media istifadəçisi Alen Qulyana istinadən “Axısxa türkləri flora və faunanın "mühafizəsi" ilə fəal məşğul olmağa başladılar” sərlövhəli yazı dərc edib:

“Artsax Respublikasını (DQR) Ermənistan və xarici dünya ilə birləşdirən yeganə magistral yolu bağlayan azərbaycanlı “ekoloqları” ardıcıl olaraq ifşa edən Artsaxdan olan Alen Qulyan adlı istifadəçi bu gün yazır:

“Ahıska türkləri (Ahıska) Azərbaycanın Artsaxı türkləşdirmək siyasətinin tərkib hissəsi olaraq, 1989-1991-ci illərdə “Fərqanə qırğınları” (özbəklər və Ahıska türkləri arasında millətlərarası münaqişə) yaşanandan sonra Özbəkistanın Fərqanə vadisindən Xocalıya köçürülüb. Sonralar nə oldu, hamı bilir... Onları ölümcül təhlükəyə düçar edərək taleyin ümidinə buraxdılar və Azərbaycanda gedən siyasi oyunların qurbanı oldular…

Ahıska türkləri Qarabağ ərazisində flora və faunanın “mühafizəsi” ilə fəal məşğul olmağa başladıqları üçün, görünür, yenidən “Xocalıya” köçürüləcəklərinə söz verilib.

Ahıska Türkləri “Vətən” (ATVİB) İctimai Birliyinin sədr müavini, eyni zamanda Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) İdarə Heyətinin üzvü olan Mövlud İşık adlı şəxs hadisə yerində peyda olub...”

Bu yazıdan da göründüyü kimi, ermənilər Axısxa türklərinin Azərbaycana dəstəyindən ciddi narahat olublar və bunu hansısa alen qulyanların adı ilə dilə gətirirlər. Lakin onlar unutmamalıdırlar ki, Axısxa türkləri sadəcə olaraq azərbaycanlı ekoloqların haqlı mövqeyini müdafiə edib və burada hansısa anlaşmadan söhbət gedə bilməz. Yox, əgər bu dəstək ermənilərin yuxusuna haram qatıbsa, bunu da təbii qəbul edirik. Çünki separatçıların Azərbaycan torpaqlarından rədd olacağı gün heç də uzaqda deyil...