Avtovağzalda qadına qarşı zorakılıq

03/01/2019 - 19:27 18 976 0   0  

Bakının Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində Bakı şəhər sakini olan qadına naməlum şəxs hücum edib.

Həmin şəxs qadına zorakılıq göstərərək, onun içərisində 2550 manat və bank kartı olan pulqabısını əlindən alıb.

40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Sadiq Quliyev saxlanılıb.(teleqraf)