Avtomobil piyadanı vurub öldürdü

13/12/2018 - 20:08 1 180 0   0  

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən verilən məlumata görə, dekabrın 12-də saat 18 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Yusif Atayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Afiq Qəmbərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.