Avropaya ATOM YAĞIŞI olacaq, qitə Yer üzündən silinəcək – Rusiya BÜTÜN KARTLARI AÇIR

07/12/2018 - 12:19 490 0   0  

ABŞ-ın Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxışı Avropada Amerikanın kiçik və orta mənzilli raketlərinin, həmçinin Polşa və Şərqi Avropanın başqa ölkələrində bazalarının yerləşdirilməsinə gətirib çıxara bilər.

Bu haqda “İzvestiya” nəşrində hərbi ekspert Vladislav Şurıqin yazıb.

Onun sözlərinə görə, belə bir ssenari bu əraziləri hərbi müharibə meydanına çevirir və bu dövlətlərin sakinlərini zərbə altına qoyur.

“Bu ölkələr potensial nüvə səhrasına çevrilə bilər. Özündə belə raketlər yerləşdirən istənilən Şərqi Avropa dövləti özünü dünya xəritəsindən silmiş olur. Amerika hərbçilərini israrla ölkələrinə dəvət edən siyasətlər potensial olaraq öz ölkələrini atom yağışı altında qoyurlar”, - ekspert hesab edir.

Şurıqina əsasən, hazırda Kalininqrad vilayətinin sərhədlərindən “müharibə zolaqları”nın dərinliyi 500 kilometr təşkil edir. Bu isə “İskəndər” raket komplekslərinin hərəkət məsafəsidir. Ekspert əmindir ki, amerikalılar Avropanın hesabına özünün qlobal məsələlərini həll etməyə çalışacaq. Məsələnin, onun sözlərinə görə, ABŞ Avropa dövlətlərinin ərazisindən Rusiyaya orta və kiçik mənzilli nüvə raketləriylə zərbə vura bilər.

Xatırladaq ki, oktyabrın 21-də Donald Tramp Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxacağını açıqladı. Onun sözlərinə görə, Rusiya qadağan edilmiş qanadlı raketləri istehsal etməyə və silahlanmaya qəbul etməyə davam edir.

Müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin, o cümlədən raketlərin işə salınması üçün lazım olan qurğuların istehsalını, həmçinin onların sınağını qadağan edir.

ABŞ-ın dövlət katibi Mayk Pompeo bir neçə gün əvvəl bildirib ki, Rusiya Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləni yerinə yetirməzsə, ABŞ bu razılaşma ilə bağlı olan öhdəliklərini dayandıracaq. Pompeo qeyd edib ki, Vaşinqton müqavilənin icrasına qayıdış üçün Rusiyaya 60 gün vaxt verir.

Ultimatuma Rusiya prezidenti Vladimir Putinin cavabı çox gecikməyib. Prezident prinsip etibarilə o arqumentləri anlaşıqlı adlandırdı ki, yalnız ABŞ və Rusiya Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədə nəzərdə tutulan silahı istehsal etmir.

“Bu, həqiqətdir. Bir çox başqa ölkələr belə silah istehsal edirlər, amma Rusiya və ABŞ-ın özü ikitərəfli qaydada bu hüququ məhdudlaşdırıb. İndi, görünür ki, bizim amerikalı partnyorlarımızın fikrincə, vəziyyət o qədər dəyişib ki, ABŞ belə silaha malik olmalıdır. Bizim tərəfimizdən hansı cavab olacaq? Cavab sadədir: biz də həmçinin bunu etməli olacağıq”, - Rusiya lideri deyib./publika.az