Avropalı diplomatlar Mehman Hüseynovla görüşdü

12/01/2019 - 09:33 2 365 0   0  

Dünən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müraciəti əsasında bir sıra Avropa İttifaqı ölkələrinin səfirliklərinin məsul diplomatlarının təcridxanada Mehman Hüseynovla görüşü təşkil olunub.

Suveren.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, görüşdə Aİ-nin Bakı nümayəndəliyinın rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər. Onlar Mehman Hüseynovun saxlanma şəraiti və səhhəti ilə tanış olublar.