Avropa İttifaqı Paşinyanın oyununu gördü və...

31/10/2018 - 19:29 2 710 0   0  

“İndiyə qədər Ermənistan müxtəlif təşkilatlardan yalvararaq pullar almaqla yaşayıb. Paşinyan da eyni yolla gedərək, xaricdən mədəd umur. Lakin Ermənistanda nə əvvəlki, nə də keçmiş rəhbərlik öz hesablarına vəsait qazanaraq, öz problemlərini həll etmək iqtidarında olmayıblar”.

Suveren.az publika.az-a istinadən xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Avropa İttifaqının Ermənistana ayırdığı yardımı azaltmasına münasibət bildirərkən deyib.

A.Mirzəzadə dilənməyi sistem halına çevirmiş Ermənistana artıq dünyanın inanmadığını vurğulayıb.

“Ermənistanın nağılları artıq tükənib. Paşinyan Sarkisyan hakimiyyətinin maxinasiyalarını açmaqla beynəlxalq təşkilatlara Ermənistana ayırdıqları pulların təyinatı üzrə xərclənmədiyini göstərdi. Digər tərəfdən, Paşinyan qərb dəyərlərindən danışsa da, reallıqda öz diktaturasını qurmağa meyillidir. Avropa İttifaqı bunu gördüyü üçün ayrılan vəsaitin həcmini iki dəfə azaltdı. Çünki Ermənistana ayrılan vəsaitlərin təyinatı üzrə xərclənəcəyinə ümid yoxdur”, - deyə Milli Məclisin üzvü vurğulayıb.

A. Mirzəzadə hesab edir ki, Sarkisyandan sonra Paşinyanın da öz diktaturasını qurmağa başlaması digər beynəlxalq təşkilatların və dövlətlərin də Ermənistana maliyyə yardımı göstərməkdən imtina etməsi ilə nəticələnəcək.