“Audi” markalı maşın məşhur marketə girdi - Foto

18/12/2018 - 20:58 2 419 0   0  

Ötən ay açılışı olan və “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “Bravo” supermarketinin həyətində qəza baş verib.

Suveren.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, “Audi” markalı avtomobilin sürücüsü idarəetməni itirərək marketin şüşə divarına çırpılıb və maşının ön hissəsi obyektin içinə daxil olub.

Əməkdaşlarımız bir az əvvəl marketlər şəbəkəsinin adıçəkilən mağazasına baş çəkiblər. Məlum olub ki, hazırda qəza baş verən hissənin təmir işləri aparılır.