Arıqlamaq istəyi gözəllik kraliçasına baha başa gəldi

23/12/2018 - 09:13 664 0   0  

“Miss İnternational 2013”də Filippin gözəli seçilən Bea Santyaqonun vəziyyəti ağırdır.

“Ölkə.Az” xəbər verir ki, filippinli gözəl İnstaqram səhifəsində böyrək transplantasiyasına ehtiyac duyduğunu və hazırda dializ aparatına bağlı olaraq yaşadığını bildirib.

Santyaqo arıqlamaq və arıq qalmaq üçün istifadə etdiyi məhsullar problemə səbəb olub. O, arıqlamaq üçün idmanla məşğul olduğunu və idmandan əvvəl qəbul etdiyi məhsulun böyrək çatışmazlığına səbəb olduğunu açıqlayıb.
Filippinli gözəl bir neçə ay əvvəl diaqnoz qoyulduğunu amma inanmayıb Tokioya getdiyini, həkimlərin eyni diaqnozu qoyduğunu bildirib. Santyaqo Kanadanın Toronta şəhərinə gedib və burada dializ aparatına bağlı olaraq yaşayır.