Arif Qasımov növbəti səyyar qəbul keçirdi

28/11/2018 - 21:10 697 0   0  

Noyabrın 28-də rayon sakinlərinin problemlərinin yerində öyrənilməsi və həlli məqsədilə 250 №-li  tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun B.Nuriyev küçəsi 47, 53, 57, 55/57, 65, 67 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib.

Suveren.az-ın məlumatına görə, səyyar qəbulda icra başçısı aparatının, 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək onlara müvafiq izahatlar verilib, müraciətlər qeydiyyata alınıb və həlli istiqamətində aidiyyəti üzrə idarə və təşkilatlara müvafiq tapşırıqlar verilib.

Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə keçirilən səyyar-qəbul görüşlərdən razı qaldıqlarını söyləyiblər.