Argentinada zəlzələ oldu

30/11/2018 - 20:37 1 726 0   0  

Argentinanın paytaxtı Buenos Ayres şəhəri yaxınlığında 3,8 bal gücündə zəlzələ baş verib.

Suveren.az xəbər verir ki, təbii fəlakət episentri paytaxtın 33 kilometr cənubunda olmaqla 25 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Qeyd edək ki, noyabrın 30-dan Buenos Ayresdə "G-20" ölkələrinin sammiti başlayıb və dekabrın 1-dək davam edəcək.