Aralıq dənizində daha bir gəmi batdı

19/01/2019 - 21:41 3 883 0   0  

Aralıq dənizi sularında daha bir miqrant yolçuluğu çoxsaylı ölümlə nəticələnib.

Suveren.az xarici mediaya istinadən xəbər verir ki, Liviya sahillərində 120 miqrantı daşıyan gəminin batması nəticəsində 2 körpə və bir hamilə qadın olmaqla, 117 adam boğulub.

Yalnız 3 nəfəri xilas etmək mümkün olub.

Qeyd edək ki, ötən il Aralıq dənizində gəmi faciələrində 2 min 262 miqrant boğulub.