Aprel savaşında erməni lobbisi nələr edib? – Savelyev açıqladı

26/10/2018 - 22:00 22 078 0   0  

2016-cı ilin aprel hadisələri zamanı ABŞ və Avropa ölkələrindəki erməni lobbisi Qərb ictimaiyyətlərinə yanlış informasiya təqdim edərək, baş verən hadisələrin mahiyyətini təhrif ediblər.

Suveren.az xəbər verir ki, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində baş tutan “Dezinformasiya Siyasəti - Müasir dünyada stabilliyə təhdid” sessiyasında çıxışı zamanı Rusiya Dumasının deputatı Dmitri Savelyev deyib. Onun sözlərinə görə, Aprel hadisələri zamanı separatçı rejimin nümayəndələri müntəzəm olaraq televiziyalarda çıxış edir, mətbuat üçün brifinqlər keçirir, Qərb mediasının suallarına cavab verir, hadisələri öz versiyalarına uyğun təqdim edirdilər.

Savelyev Azərbaycanın bu istiqamətdə ciddi iş apardığını, bununla da ictimai fikri öz mövqeyinə inandırmağı bacardığını və bununla Qərb mətbuatında situasiyanın adekvat baxışı formalaşdığını bildirib.

Qeyd edək ki, Bakıda VI Beynəlxalq Humanitar Forum dünən start götürüb. Forumun mövzusu “Yeni dünya və yeni insan formalaşdırırıq: insanın kreativliyi və inkişafı”dır. İki günlük forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 416 qonaq iştirak edir.