Aprel döyüşləri: Böyük qələbənin 3-cü ili - VİDEO

01/04/2019 - 12:16 4 045 0   0  

Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində qazandığı şanlı aprel qələbəsindən 3 il ötür. 2016-cı ilin aprelin 1-dən 5-dək davam edən 4 günlük döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri bir sıra strateji mövqeləri, o cümlədən, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən Lələ Təpə yüksəkliyini işğaldan azad edib.
Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, düşmənin 320 hərbçisi öldürülüb, 500-dən artıq hərbçisi isə yaralanıb. 
Ümumilikdə isə aprel döyüşlərinin yekunu olaraq Azərbaycan Ordusu tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edilib və bununla da böyük qələbənin təməli qoyulub. 
Azvision.az Aprel döyüşlərinin 3 illiyi ilə əlaqədar hazırladığı video-sujeti təqdim edir: