AP Mehman Hüseynovla bağlı qərarı alqışladı

23/01/2019 - 11:29 1 231 0   0  

Avropa Parlamentinin Cənubi Qafqazla əməkdaşlıq üzrə nümayəndə heyətinin rəhbəri Sacad Kərim Azərbaycanın istintaq orqanları tərəfindən Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilməsi haqqında qərarı alqışlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə S.Kərimin bəyanatında deyilir.
"Nümayəndə heyətinin rəhbəri olaraq, bu müsbət addımı alqışlayıram və Mehman Hüseynovun azad edilməsini səbirsizliklə gözləyirəm", - o bildirib.