Antalyada qasırğa ölümə səbəb olub

24/01/2019 - 20:13 6 085 0   0  

Türkiyənin Antalya vilayətində qasırğa baş verib.

Yerli mətbuat yazır ki, təbii fəlakət nəticəsində bir nəfər həlak olub, 11 nəfər isə xəsarət alıb. Daha 1 nəfər itkin düşüb.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Qasırğa bölgədə bir neçə binaya da ziyan vurub.