Antalyada qasırğa avtobusu aşırdı

26/01/2019 - 19:57 5 893 0   0  

Türkiyənin Antalya vilayətində hökm sürən güclü qasırğa aeroportda avtobusu aşırıb. Yerli KİV-lərin məlumatına görə, qəza nəticəsində yaralananların olduğu bildirilir.

İlkin məlumata görə, 11 nəfər xəsarət alıb.

Qeyd edək ki, təbiət hadisəsi Qumluca rayonunda ciddi fəsadlara səbəb olub. Məlumata görə, qasırğa nəticəsində bir neçə istixana dağılıb və işçilər xəsarət alıb.