Ankarada partlayış – Yaralılar var

03/12/2018 - 21:06 8 863 0   0  

Türkiyənin paytaxtı Ankaranın Kızılay prospektindəki binalardan birinin yuxarı mərtəbəsində partlayış baş verib.

Suveren.az yerli KİV-ə istinadən bildirir ki, partlayış binada yerləşən kafedə qeydə alınıb.

Qeyd olunur ki, qaz sızması nəticəsində baş verən partlayışda 6 nəfər yaralanıb.

Bina sakinləri təxliyə olunub.

Hadisə yerinə yanğınsöndürmə briqadaları və təcili yardım maşınları cəlb olunub.

Yaranmış təhlükəli vəziyyətlə bağlı ətrafdakı iş yerləri də boşaldılıb.

Qəzanın baş vermə səbəbi araşdırılır.