Amerika vizası almaq istəyənlərin nəzərinə! – ƏLAVƏ TƏLƏBLƏR OLACAQ

03/06/2019 - 00:06 1 141 0   0  

ABŞ Dövlət Departamenti Amerikaya viza üçün müraciət edənlərdən sosial mediadakı istifadəçi adları, əvvəlki elektron poçt ünvanları və telefon nömrələrini tələb edir. Bu, Tramp administrasiyasının mühacirət və qonaq vizaları verilərkən yoxlanışların dərinləşdirilməsi mahiyyəti daşıyır.

Dövlət Departamentinin bildirdiyinə görə, bu ölçü anketlərin qəbulundan sonra tətbiq edilir. Departament mühacirət və qeyri-mühacirət vizalarının verilməsində əlavə məlumat tələb edildiyini bəyan edib.

2018-ci ilin mart ayında təklif edilən bu ölçü hər il Amerikaya gələn 15 milyon xariciyə şamil edilməlidir.

“Vizaların verilməsi prosesində milli təhlükəsizlik məsələləri əsas prioritet hesab edilir. Biz davamlı olaraq yoxlanış mexanizmlərini təkmilləşdiririk. Bu, ABŞ vətəndaşlarının müdafiəsi və ABŞ-a səyahətin legitimləşməsi mahiyyəti daşıyır” - deyə ABŞ Dövlət Departamenti bildirir.

Müəyyən diplomatik və digər rəsmilərə bu tələblər şamil edilmir.