Almaniya Səudiyyə Ərəbistanına silah satışını dayandırdı

19/11/2018 - 19:34 1 549 0   0  

Jurnalist Camal Qaşıqçının qətli ilə əlaqədar Səudiyyə Ərəbistanına silah satışını dayandıran qanun Almaniyada qüvvəyə minib.

Suveren.az “Der Spiegel”ə istinadən xəbər verir ki, məlumatı Müdafiə Nazirliyi də təsdiqləyib. Qeyd olunur ki, Almaniya silah təminatı ilə bağlı həm yeni müqavilələr bağlamaqdan, həm də əvvəlki sazişlər üzrə öhdəliklərini yerinə yetirməkdən  imtina edib.

Hazırda silah satışı qadağasının nə qədər müddətə qüvvədə qalacağı bilinmir.