ALMANİYA KANSLERİ UKRAYNALILARIN ÖLÜMÜNDƏ İTTİHAM OLUNDU - “Cənab Şolz, biz hər gün 100 əsgər itiririk, uşaqlar ölür...”

15/06/2022 - 11:33 3 624 0   0  

“Almaniya kansleri Olaf Şolz Ukraynaya vəd etdiyi ağır silahları vermədiyi üçün ölən ukraynalılara görə məsuliyyət daşıyır”.

Suveren.az xəbər verir ki, bunu Almaniyanın “Bild” nəşrinə müsahibəsində prezident aparatı rəhbərinin müavini Aleksey Arestoviç deyib.

O qeyd edib ki, Ukraynaya Almaniyanın vəd etdiyi uzaqmənzilli artilleriya, reaktiv reaktiv sistemlər, tanklar, zirehli transportyorlar və pilotsuz təyyarələr lazımdır.

"Əgər gücümüz çatsa, müharibədə qalib gələcəyik. Qərb bizə 120 uzaqmənzilli artilleriya bölməsi verəndə cəbhədəki vəziyyət dərhal dəyişdi. Üç gün ərzində ruslar hücum sürətini itirdilər", - Aretoviç bildirib.

Arestoviç xatırladıb ki, Almaniya Ukraynaya 88 Leopard tankı, 50 Gepard özüyeriyən zenit silahı təhvil verməlidir.

"Bu, Ukrayna ordusundakı iki briqada üçün kifayət edərdi. İndi cəbhə xəttində hardasa iki briqadamız olsaydı, Xersonu geri ala, ya da düşməni Popasna və Severodonetskdən uzaqlaşdıra bilərdik. Bu gün iki briqada böyük qüvvədir", - . prezident aparatı rəhbərinin müavini deyib.

Şolzla görüşsə nə deyəcəyini soruşduqda, Arestoviç belə cavab verib: “Cənab Şolz, ölən əsgərlərimizə və mülki vətəndaşlarımıza görə siz cavabdehsiniz, uşaqlar hər gün ölür, biz hər gün 100 əsgər itiririk, çünki siz bizə ağır silahlar vermirsiniz. Ukrayna ordusu güclüdür, biz rusları məğlub edib, onları ölkəmizdən çıxara bilərdik, amma bizə silah lazımdır”.