“Allaha şükür, idmanla məşğul oluram, indi isə normalam” - Vladimir Putin

20/12/2018 - 19:41 5 242 0   0  

Rusiya Prezidenti Vladimir Putinin jurnalistlərlə keçirdiyi ənənəvi mətbuat konfransında səhhəti ilə bağlı ünvanlanan suala “çox gözləyərsiniz” cavabı hər kəsi təəccübləndirib.

Rusiya prezidenti daha sonra səhhətinin normal olduğunu söyləyib.

“Allaha şükür, idmanla məşğul oluram. Amma mövsümarası bütün insanlar kimi qripə yoluxa bilərəm. İndi isə normalam”, - deyə Vladimir Putin deyib.(teleqraf)