Ali təhsillə bağlı qanun HAZIRLANIR

24/01/2019 - 16:17 1 681 0   0  

Milli Məclisin Elm və təhsil komitəsinin parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı yanvarın 24-də ilk iclası keçirilib.

Modern.az-ın məlumatına görə, komitə sədri, akademik İsa Həbibbəyli bildirib ki, son payız sessiyasında komitənin 7 iclası keçirilib və bu iclaslarda 12 məsələ müzakirə olunub.
Həmçinin, payız sessiyasında komitəyə 149 müraciət, şikayət və ərizə daxil olub, onlardan 137-si aidiyyəti orqanlara göndərilib.
Deputatın sözlərinə görə, bununla yanaşı, 2019-cu ilin yaz sessiyasında yeni bir qanun layihəsinin – “Ali təhsil haqqında” sənədin hazırlanması və bunun üçün İşçi Qrupunun yaradılması nəzərdə tutulur.
Bununla yanaşı, yaz sessiyasında ötən il birinci oxunuşdan keçmiş “Ümumi təhsil haqqında” qanun layihəsinin ikinci və üçüncü oxunuşlarda müzakirəsi və qəbulu nəzərdə tutulur.