Alban kilsələri silsiləsindən-Qıpçaqvəng (Xıpçaxvəng) monastır kompleksi

06/08/2020 - 20:52 6 931 1   0  

Alban vənglərindən söhbət düşmüşkən, Qıpçaqvəng adlı monastr kompleksinin üzərində durmağa xüsusi ehtiyac var. Qərbi Azərbaycanın 1947-ci ildə adı erməni-haylar tərəfindən Arıç kimi dəyişdirilmiş qədim Qıpçaq kəndində yerləşir.

Kompleksin ətrafında II-ci əsrdə tikildiyi ehtimal edilən qala divarlarının və vəngin yaxınlığında V-ci əsrdə tikilmiş bir bazilikanın xarabalıqları qalmaqdadır. Buradakı məzarlıqda V-VII-cı əsrlərə aid maraqlı bəzəkləri olan qıpçaq qəbir daşlarına da rast gəlinir ki, hazırda onlar İrəvanda Tarix Muzeyində qorunur. Qıpçaqvəngin VII-ci əsrdən gec olmayan bir tarixdə tikildiyi düşünülür. Bəzi tədqiqatçıların fikrincə, XII-ci əsrin sonlarında alban bəyləri İvane və Zaxare bu ərazini Pəhləvi bəylərindən satın alaraq, burada yeni kilsə, xidməti otaqlar və müdafiə səddi inşa etdirmiş və buranı Arranın mədəni-maarif mərkəzlərindən bririnə çevrimişlər. 
XII-ci əsrin sonunda burada bəzilərinin uzunluğu 3,5 metrə çatan iri daşlardan iki monumental xəvət ucaldılmışdır. XIII-XIV və XIX əsrlərdə bir neçə dəfə təmir bərpa edilən Qıpçaqvəng 1850-ci ildə erməni katalikosunun yay iqamətgahına çevrilmişdir. Kompleksə daxil olan Müqəddəs Qriqori kilsəsinin VII-ci əsrdə tikildiyi sonradan daha dəqiq desək, X-cu əsrdə onun cənub-şərq küncündə bir, cənub-qərb küncündə isə iki mərtəbəli yardımçı binalar əlavə edilmişdir. 
Kompleksə daxil olan ikinci kilsə Müqəddəs Məryəm kilsəsidir. Bu kilsə 1201-ci ildə inşa edilib.  

Şahlar Hacıyev