Ağsuda zəlzələ olub

09/02/2019 - 22:13 3 691 0   0  

Pirqulu stansiyasından 8 km cənub-qərbdə, Ağsu ərazisində zəlzələ qeydə alınıb.

Suveren.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yerli vaxtla saat 20:35-də baş vermiş yeraltı təkanların gücü 2,9 bal təşkil edib. Zəlzələ 3 bala qədər hiss olunub.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.