Ağdamda elektriki “tok” vurub öldürdü

07/02/2019 - 22:07 1 882 0   0  

Ağdamda bədbəxt hadisə baş verib.

Ağdam Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Eyvazlı kənd sakini, Ağdam Sukanal İdarəsində elektrik işləyən 1973-cü il təvəllüdlü Zahid Rəhim oğlu Nağıyevi "Quzanlı-1" qəsəbəsində transformatorda təmir işləri apararkən elektrik enerjisi vurub.

Nəticədə A.Nağıyev hadisə yerində dünyasını dəyişib.

Daxil olan məlumat əsasında dərhal polis və prokurorluq orqanları əməkdaşları hadisə yerində meyitə baxış keçirib, iş üzrə məhkəmə-tibb ekspertizası təyin olunub, zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.