Ağcabədidə BİABIRÇILIQ: 84 yaşlı qadının evinə basqın edib pula görə döydülər

08/02/2019 - 13:27 6 907 0   0  

Ağcabədidə 84 yaşlı qadının evinə basqın edən şəxslər onu döyərək 3 min manatını oğurlayıblar.
“Ölkə.Az” xəbər verir ki, “102 - Zəng Mərkəzi” Xidmətinə fevralın 2-nə keçən gecə Ağcabədi şəhərindəki evlərin birindən  oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub. 
Məlumatla əlaqədar dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla rayon sakini olan 84 yaşlı qadının evinə basqın edən 2 nəfərin onu döyərək oradan 3000 manat pul aparmaları müəyyən edilmişdir.
Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri R.Rüstəmov və İ.Mirzəyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar. 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanmışdır. İstintaq aparılır.