"Ağaclar yandırılsın!" - Razim Məmmədovun növbəti “YAŞIL SOYQIRIMI” - FOTOLAR \ VİDEO

18/10/2018 - 10:56 547 0   0  

Bu şəkilləri və videonu bir vətəndaş redaksiyamıza göndərib. Gördüyünüz kimi Mehmandaov küçəsində olan yaşıllıq oktyabrın 14-də gecə saatlarında yandırılıb.

Videoda göründüyü kimi dayanacaq ətrafında olan zeytun ağacları yandılaraq məhv edilir. Razin Məmmədovun dəstəsi belə əməlləri törətməkdən əl çəkmirlər, ona görədə çəkilişdən üzlərini gizlətməyə və qaçmağa cəhd edirlər.

Qeyd etmək istəyirik ki, Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov Xətai rayonunda Gen. Mehmandarov, Şıxlinski, M.Hadi və diğər küçələrdə ağacları süni usulla məhv edərək əraziləri satmaqda davam edir . Göründüyü kimi növbəti əməliyyat Gen. Mehmandarov küçəsində baş verir. Ağacları yandıraraq bir müddətdən sonra həmin ərazi hasarlanaraq ticarət obyekti tikiləcəyindən xəbər verir. Demək olar ki, bu hal ilk dəfə deyil baş verir, belə hallar davamlı təkrarlanır. Mətbuatın gündəmini yaşıl soyqırım törədən icra başçısı kimi xəbərlərlə zəbt edən Razim Məmmədovun növbəti əməli aşkar olundu. Xətai rayon icra hakimiyyəti ilə əlaqə saxlasaqda heç bir açıqlama verilmədi. Cavabdeh şəxs telefon zənglərimiz cavvab vermədi. Mustafayev soyadlı növbətçi isə bildirdi ki, telefon nömrələriniz tanımır deyə cavab vermir. \\Xalq.az