ADPU-nun sabiq əməkdaşı yaydığı fikirlərə görə üzr istədi – Xanım Mehdiyeva Qumral Qədimova haqda həqiqətləri yazmadığını deyir...

27/02/2020 - 10:42 8 264 0   0  

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) sabiq əməkdaşı Xanım Mehdiyeva tərəfindən redaksiyamıza müraciət daxil olub.

X.Mehdiyeva Suveren.az saytına bildirir ki, ADPU-nun İnsan Resursları şöbəsinin müdiri Qumral Qədimova haqda bəzi saytlarda və sosial şəbəkələrdə dediyi fikirləri təkzib edir.

Onun sözlərinə görə,  barəsində qeyd olunan ittihamlarla bağlı Qumral Qədimova Abşeron rayon Məhkəməsinə müraciət edib. X.Mehdiyeva məhkəmədə ADPU-nun İnsan Resursları şöbəsinin rəhbəri haqda dediyi fikirləri təsdiq edə bilmədiyindən, belə bir təkzibi vermək məcburiyyətində qalıb:

“Mən həqiqətən də Qumral Qədimovanın şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yaymışam.  Həmin məlumatları mən Qumral Qədimovanın ətrafında olan şəxslərin sözlərinə əsasən, onları aradşırmadan, həqiqiliyinə əmin olmadan yaymışam. Mən bunu tam etiraf edirəm və Qumral Qədimovadan üzr istəyirəm.

21.02.2020-ci ildə mən Qumral Qədimovanın iş yerinə gedərək, onunla danışıb, barəsində verdiyim məlumatların həqiqət olmadığını deyərək, ondan üzr istədim. Qumral Qədimova üzrümü qəbul edərək, məni bağışladı və biz barışdıq”.

X.Mehdiyev deyir ki, bu məsələ ilə bağlı Abşeron rayon Məhkəməsinin hakimi Şövkət Nəcəfovaya da müraciət edib və ondan iş üzrə qərar qəbul edərəkən, ərizəsini, yəni iddiaçı tərəflə barışdığını nəzərə almağı xahiş edib”.