Adam oğurluğuna görə axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

28/12/2018 - 11:59 7 318 0   0  

Azərbaycan Cinayət Məcəlləsinin 2 maddəsi ilə axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olan Əli Hüseynli Rusiya Federasiyasının ərazisində saxlanılıb.

Ə.Hüseynli Azərbaycana ekstradisiya edilib.