Abşeronda marşrut avtobusu qəzaya düşdü: Yaralılar var

06/02/2019 - 12:00 2 680 0   0  

Abşeron rayonunda 551 saylı marşrut avtobusu qəza törədib.
Bunu Suveren.az-a açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətininin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə, hadisə bu gün Abşeron rayonun Atyalı adlanan qəsəbəsində baş verib: "İlkin məlumatlara görə, avtobusun əyləc sistemi tutmayıb, idarəetməni itirərək TIR-a çırpılıb. Bu hadisəyə qədər daşıyıcı şirkətə avtobusların yenilənməsi ilə bağlı iki dəfə xəbərdarlıq edilib. Avtobusun sürəti çox olmayıb. Xəstəxanaya 4 nəfər yerləşdirilib. 6 nəfər isə yerindəcə müayinə olunub".
Qeyd edək ki, hadisə barədə ilk xəbəri oxu.az saytı yayıb.