“ABŞ və Rusiya prezidentləri bir şərtlə görüşə bilər” - Con Bolton

13/12/2018 - 23:59 976 0   0  

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ABŞ və Rusiya prezidentlərinin görüşünün keçirilməsinin şərtini açıqlayıb.

Suveren.az oxu.az-a istinadla xəbər verir ki, o, Rusiya tərəfinin Ukrayna gəmilərini buraxmayanadək görüşün keçirilməsinin mümkün olmadığını vurğulayıb.

Bolton qeyd edib ki, Rusiya saxlanılan Ukrayna gəmilərini və gəmilərin ekipaj üzvlərini azad etməlidir.

Xatırladaq ki, bir müddət öncə Avstriya Tramp-Putin görüşünə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.