ABŞ uşaqlar və qadınları hədəfə aldı – İŞİD-ə qarşı əməliyyat

24/11/2018 - 20:09 1 999 0   0  

Suriyada ABŞ liderliyindəki anti-İŞİD koalisiyası qüvvələrinin Deyr əz-Zor bölgəsində həyata keçirdiyi son əməliyyatda 3-ü qadın və uşaq olmaqla 11 mülki şəxs həlak olub.

Teleqraf.com xəbər verir ki, İŞİD terror təşkilatının bölgədəki mövqelərinin bombardman edilməsi nəticəsində çoxlu sayda insan yaralanıb.

Suriya hökuməti bundan əvvəl BMT Təhlükəsizlik Şurasına yazılı müraciət edərək, koalisiyanın fəaliyyətinin dayandırılmasını tələb edib.

Rəsmi Dəməşq koalisiya qüvvələrinin yaşayış məntəqələrini hədəfə aldığını iddia edir.