ABŞ-ın Türkiyəyə “Patriot” satışı “S-400”ün tədarükünə təsir etməyəcək - Kreml

19/12/2018 - 15:48 1 081 1   0  

ABŞ-ın Türkiyəyə “Patriot” satışını təsdiqləməsi “S-400”ün tədarükünə təsir etməyəcək.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bu barədə Kremldən bildirilib.
“S-400” zenit-raket kompleksinin Türkiyəyə satışı bütün hallarda başa çatacaq”, - Kremlin məsələ ilə bağlı yaydığı bəyanatda vurğulanıb.
Qeyd edək ki, dekabrın 19-da ABŞ Dövlət Departamenti ümumi dəyəri 3,5 milyard dollar olan müvafiq avadanlıqlı "Patriot" hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satılmasına razılıq verib.
Xatırladaq ki, “S-400” zenit-raket müdafiə sisteminin Türkiyədə quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanılacaq.
Qeyd edək ki, Türkiyə hava hücumundan müdafiə sistemi ilə bağlı ABŞ və NATO-ya dəfələrlə müraciət etmişdi. Onlar Türkiyəyə müvəqqəti olaraq “Patriot” vermiş, bir il sonra isə sistemi ölkədən çıxarmışdılar.