ABŞ Suriyaya hərbi texnika göndərdi

05/02/2019 - 20:32 1 231 0   0  

ABŞ üzərində zirehli texnika, generatorlar və digər mallar olan 150 yük avtomobili ötən gün axşam saatllarında Suriyada YPG/PKK terror təşkilatının nəzarətində olan bölgəyə göndərib.

Suveren.az xəbər verir ki, bu haqda “Anadolu” agentliyi yazıb.

Hərbi kolon saat 21:30 radələrində İraq-Suriya sərhədindəki Simelka sərhəd-keçid məntəqəsindən Suriyaya daxil olub. Yük avtomobilləri bu gün günorta saatlarında ABŞ ordusunun YPG/PKK ilə birgə istifadə etdiyi Harab İşk və Sirrindəki anbarlarına çatıb.

Agentliyinin yazdığına görə, bu hadisə ABŞ-ın regiondan çəkilməyəcəyini göstərən növbəti siqnaldır. “Anadolu”nun bölgədəki mənbələrə görə, ABŞ-ın Suriyadan çəkilmə qərarından indiyə kimi YPG/PKK işğalındakı bölgəyə təxminən 400 TIR göndərilib

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dekabrın 19-da bəyanat verərək Suriyadan çəkiləcəyini açıqladı. Onun sözlərinə görə, İŞİD Amerika hərbçilərinin Suriyada olmasının yeganə səbəbi idi.