ABŞ rəsmiləri İrana qarşı tətbiq olunan sanksiyalarla bağlı Azərbaycanda səfərdə olub

16/11/2018 - 17:25 1 633 0   0  

ABŞ Dövlət Departamentinin və Xəzinədarlıq Departamentinin ekspertlər qrupu noyabrın 13-dən 16-dək Azərbaycanda səfərdə olub.

ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, qrupun üzvləri hökumət rəsmiləri və biznes dairələrinin liderləri ilə görüşüblər. 
Diplomatik nümayəndəlikdən bildirilib ki, bu səfər ABŞ-ın İrana sanksiya siyasətini dünya hökumətlərinə izah etməyə və Birləşmiş Ştatların İrana dair məqsədlərinə dair suallara cavab vermək üçün planlaşdırılan görüşlər silsiləsindən ən sonuncusu olub. 
Bakıya səfəri zamanı nümayəndə heyəti Azərbaycan hökumət rəsmiləri və yerli işgüzar dairələrin nümayəndələri ilə görüşüb. 
Nümayəndə heyəti suallara cavab verib və ABŞ-ın İranın aqressiv və stabilliyi pozan davranışını hədəf alan və rəsmi Tehranın davranışını maksimum iqtisadi və diplomatik təzyiqlər yolu ilə dəyişdirmək cəhdlərini vurğulayıblar. Onlar həmçinin ABŞ və Azərbaycan arasındakı əməkdaşlıq sahələrini də müzakirə etdilər.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin və Xəzinədarlıq Departamentinin ekspertlər qrupu Azərbaycanla yanaşı Gürcüstan və Ermənistana da səfər ediblər.