ABŞ-ın PKK qərarına Türkiyədən cavab - “Gecdir, bizi aldada bilməzlər!”

07/11/2018 - 09:02 1 966 0   0  

Olduqca gec verilmiş bir qərardır.Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın ABŞ-ın PKK rəhbərləri ilə bağlı elan etdiyi mükafat qərarına münasibət bildirərkən deyib.
“Bunu etsinlər, müsbət qarşılayarıq. Lakin YPG-nin fəaliyyələtini pərdələmək üçün verilən qərardırsa, 3 gün sonra həqiqət ortaya çıxacaq. “PKK-nı YPG və PYD-dən ayrı tuturuq”, deyib bizi aldada bilməzlər”, – deyə Qalın bildirib.
Qeyd edək ki, ABŞ “Ədalət üçün mükafat” proqramı çərçivəsində Murad Qarailan (5 milyon), Cəmil Bayık (4 milyon) və Duran Qalxanın (3 milyon) tutulması üçün mükafat təyin edib.