ABŞ-a məxsus hərbi gəmi Batumi limanına gəldi

21/01/2019 - 19:41 14 638 1   0  

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus mina və raket daşıyan 4-cü nəsil silahlanmaya məxsus “Donald Kuk” (Donald Cook DDG-75) hərbi gəmisi yanvarın 21-də Gürcüstanın Batumi limanına daxil olub.

Batumi limanında gəminin təntənəli qarşılanma mərasimi olub.

Mərasimdə Acarıstan Muxtar Respublikası hökumətinin, Gürcüstan Sahil Mühafizə Xidmətinin rəsmi şəxsləri iştirak ediblər.

Donald Kuk (DDG-75) hərbi gəmisinin əsas silahı 2500 kilometr uçuş qabiliyyətli, nüvə başlığı daşıya bilən qanadlı raketlərdir. Döyüş qabiliyyətindən və vəziyyətdən asılı olaraq gəmiyə 56 və ya 96 belə raket yerləşdirmək mümkündür.

Qara dənizdə təhlükəziliyin müdafiəsi məqsədilə Gürcüstana gələn gəmi, həmçinin taktiki döyüş raketləri, artilleriya qurğuları ilə də təmin olunub.

“Donald Kuk” gəmisi Gürcüstanın Sahil Mühafizə Xidməti ilə birlikdə hərbi təlimlərdə iştirak edəcək.

Məlumat üçün qeyd edək ki, 2018-ci ildə Qara dənizdə ABŞ-ın “USS Ross”, “USS Carney” və “USS Porter” raket daşıyan gəmiləri, “USS Mount Whitney” flaqman gəmisi və “USS Oak Hill” desant gəmisi təlimlərdə iştirak ediblər.(teleqraf)