ABŞ Maduronu devirmək üçün koalisiya yaradır.

04/03/2019 - 23:25 9 163 0   0  

Vaşinqton Venesuelada hakimiyyəti dəyişmək üçün koalisiya yaratmağa çalışır.

 RİA “Novosti”yə istinadən xəbər verilir ki, bunu Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.

O bildirib ki, Amerika, hakimiyyətin dinc yolla Nikolas Madurodan Xuan Quaidoya ötürülməsi üçün dəstək toplamağa çalışır.

“Mən başdan ayağa korrupsiyaya bulaşmış rejimin dəyişdirilməsi üçün bizim mümkün qədər toplaya biləcəyimiz koalisiya görmək istərdim”, – deyə Bolton qeyd edib