ABŞ KƏŞFİYYATI GİZLİ SINAQLARI QEYDƏ ALDI - Putinin kosmik peyklərə qarşı yeni raketi

19/01/2019 - 11:26 1 459 0   0  

Rusiya 2018-ci ilin dekabrında kosmik peyklərə qarşı PL-19 “Nudol” raketinin uğurlu sınağını keçirib.

Virtualaz.org xəbər verir ki, bu haqda ABŞ kəşfiyyatının məxfi hesabatı ilə tanış olan mənbələr CNBC telekanalına deyiblər.
Mənbələr bildiriblər ki, sınaq dekabrın 23-də keçirilib və bu tip raketin sayca yeddinci sınağı olub. Məlumata görə 2018-ci ildə “Nudol” raketi daha iki dəfə sınaqdan keçirilmişdi. Sonuncu sınaq zamanı raket 3 min kilometr məsafəni 17 dəqiqəyə qət edib və hədəfi dəqiqliklə vurub.
Məlumatda deyilir ki, həmin raketi Yerin aşağı orbitində dövr edən kommunikasiya peyklərinə və aparatlarına qarşı tətbiq etmək nəzərdə tutulur. Mümkün qlobal müharibə zamanı Yerin aşağı orbitində uçan hərbi təyinatlı kommunikasiya peyklərinin sıradan çıxarılması ABŞ-ın raketdən müdafiə sistemini sıradan çıxara bilərdi.