ABŞ-ın İraqdakı neft yataqları vuruldu

07/04/2020 - 19:02 10 118 0   0  

İraqın Bəsrə vilayətində ABŞ şirkətlərinə məxsus neft yataqları atəşə tutulub.

Bu barədə “Baghdadtoday” portalı məlumat yayıb.

“İraqda fəaliyyət göstərən ABŞ-ın “Halliburton” şirkətinə məxsus yataqların yerləşdiyi Zübeyr kəndinə 5 raket atılıb. Raketlərdən biri neft quyusunun yaxınlığında partlayıb”, - məlumatda qeyd olunub.

Tələfat və dağıntılarla bağlı məlumat verilmir.

Suveren.az