“ABŞ-ın İraq və Suriyaya atdığı raketlər effektiv deyildi” – Vladimir Putin

18/12/2018 - 19:39 769 0   0  

ABŞ-ın Suriya və İraqa atdığı “Tomaqavk” raketlərinin effektivliyi 30% olub.

Suveren.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin Kollegiya iclasında çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin deyib.

O bu raketlərin təkmilləşdirilməsinin vacibliyini bildirib.

Putin həmçinin vurğulayıb ki, Rusiyanın yaxın onilliklər ərzində təhlükəsizliyini təmin edən modern silahlar davakar danışıq üslubuna öyrəşənləri düşündürəcək: “Bu il martın 1-də Federal Şuraya müraciətimdə qeyd etdiyim dünyada misli olmayan modern silahların yaradılması ilə bağlı mühüm addımlar atılıb. Ümidvaram, yeni sistemlərimiz davakar danışıq tərzinə öyrəşənləri düşündürər”.

“Avanqard” raket sistemlərinin müntəzəm istehsalına başladıqlarını, “Kinjal” səsüstü təyyarələrin uğurlu keşik uçuşlarını, “Peresvet” lazer sistemlərinin tətbiqi sınaqlarını qeyd edən V.Putin bu kimi silahların ordu və donanmanın imkanlarını qat-qat artırdığını, yaxın on illər ərzində Rusiyanın təhlükəsizliyini etibarlı şəkildə təmin etdiyini vurğulayıb. O, yeni silahları sayəsində dünyada qüvvələr balansının və sabitliyin artdığını da diqqətə çatdırıb.