ABŞ-dan Ermənistana səyahət edən vətəndaşlarına XƏBƏRDARLIQ - "...ehtiyyatlı olsunlar"

12/12/2018 - 16:38 1 684 0   0  

ABŞ-ın Yerevandakı səfirliyi Yeni il ərəfəsində Ermənistana səfər edən vətəndaşlarına xəbərdarlıq edib.

Diplomatik nümayəndəliyin rəsmi saytında yerləşdirilən xəbərdarlıqda bildirilib ki, bayram günlərində Ermənistana səfər edən ABŞ vətəndaşları ehtiyyatlı olsunlar.
Diplomatik nümayəndəlikdən Ermənistandakı vətəndaşlarına səyahət etdikləri yerlərdə cibgirlərdən tutmuş qarətçilərə, bir sözlə ətraflarına diqqət etmələri barədə xəbərdarlıq edilib.