ABŞ-ın daha bir ştatında atışma olub - Ölən və yaralananlar var

24/11/2018 - 10:05 1 369 0   0  

Ötən gün ABŞ-da atışma olub.“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Miami Herald” nəşri məlumat verib.
Hadisə Florida ştatının Mayami Deyd dairəsində bir mağazanın qarşısında qeydə alınıb. Nəticədə 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
WSNV telekanalının məlumatına görə, ölənlərdən biri qadındır.
Hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, noyabrın 24-də ABŞ-ın Nyu Cersi ştatında da ticarət mərkəzlərindən birində atışma olmuş, 1 nəfər yaralanmışdı.