ABŞ-da sinaqoqda atışma olub – 8 nəfər ölüb

27/10/2018 - 20:47 6 562 0   0  

ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində yerləşən sinaqoqda atışma baş verib. Silahlı insident nəticəsində ən azı 8 nəfər həyatını itirib.

Suveren.az xəbər verir ki, bu barədə polisə istinadən “BNS News” nəşri məlumat yayıb.

Yerli KDKA telekanalının məlumatına görə, polis silahlı insidentin baş verdiyini təsdiq edib. Hadisə yerinə gələn polis dəstələri atəşə tutulub və maşınların arxasında gizlənməli olublar.

Bu barədə yerli polis məlumat yayıb.