“ABŞ-a boyun əyməyəcəyik!” – İrandan AÇIQLAMA

05/11/2018 - 20:34 20 272 0   0  

ABŞ-ın sanksiyalarına tabe olmayacağıq.

Suveren.az sputnik-ə istinadən xəbər verir ki, bu barədə iranlı yüksək səviyyəli rəsmilərdən biri bildirib.

"Sanksiyalar bizim üçün yeni deyil, ABŞ-ın sanksiyalarına alışmışıq. Sanksiyalara dair bir narahatçılığımız yoxdur və təzyiqlərə boyun əyməyəcəyik", - adının açıqlanmasını istəməyən İran rəsmisi deyib.

Qeyd edək ki, bu gün ABŞ-ın İrana sanksiyalarının ikinci mərhələsi başlayıb.