“ABŞ-ın BHTP-dən çıxması terrorizmdir” – Həsən Ruhani

08/12/2018 - 15:33 2 155 0   0  

İran Prezidenti Həsən Ruhani ABŞ-ın İranın nüvə sazişi üzrə Birgə Hərtərəfli Tədbirlər Planından (BHTP) çıxmağına qərar verdiyinə görə Birləşmiş Ştatların dövlət başçısı Donald Trampı terroristlərə bərabər tutub.
Suveren.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat verib.
“Amerikanın nüvə sazişindən çıxması ölkəmizə qarşı yönəlmiş iqtisadi terrorizm növlərindən biridir”, – o deyib.
H.Ruhani Tehranın terror qruplaşmalarına qarşı mübarizəyə sadiqliyini vurğulayaraq bölgə dövlətlərini əməkdaşlığa çağırıb: “Bizi boykot edən ölkələr bilməlidirlər ki, onların hərəkətləri bizim terrorla mübarizə bacarığımıza heç bir təsir göstərməyəcək”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mayın 8-də Vaşinqtonun BHTP-dən birtərəfli qaydada çıxdığını açıqlayıb. Bundan sonra isə D.Tramp sentyabr 7-də və noyabrın 5-də İrana qarşı ABŞ sanksiyalarını yenidən bərpa edib.