ABŞ Azərbaycana hansı şərtlə silah sata bilər?

26/10/2018 - 20:10 853 0   0  

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İrəvanda verdiyi müsahibədə deyib ki, Ermənistan hakimiyyəti Rusiya silahlarından imtina etsə, ABŞ Ermənistana silah satmağa hazırdır. Bolton Azərbaycana da silah satmağa hazır olduğunu bildirib.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Bolton Amerika silahlarının Rusiya silahlarından keyfiyyətli olduğunu deyib: “Bolton Azərbaycana silah satışı üçün Konqresin Azərbaycana qarşı tətbiq etdiyi 907-ci düzəlişin maneə olmadığını da bildirib. Bolton hətta ona işarə edib ki, Donald Tramp bu düzəlişi ləğv edə də bilər. Ancaq görünür, bunun baş verməsi üçün rəsmi Bakı Rusiyadan deyil, Amerikadan silah almağa razı olmalıdır.

Problem ondadır ki, Tramp Azərbaycana silah satmaq istəsə Konqres səlahiyyətindən istifadə edərək bunu əngəlləyə bilər. Onda bir tərəfdən Azərbaycan Amerikadan silah ala biməyəcək, digər tərəfdən Rusiyanın təzyiqi ilə üzləşəcək ki, niyə bizdən imtina edib Amerikaya üz tutdunuz.

Ona görə də rəsmi Bakı Vaşinqtondan tam təminat almalıdır ki, Amerikadan silah almaq istəsə maneə ilə üzləşməyəcək. Buna isə Con Bolton bir yana Trampın özü də təminat verə bilməz”.