Abel Məhərrəmovun həbsinə hazırlıq gedir – BAKI DÖVLƏT UNİVERSİTETİ MÖHÜRLƏNDİ

18/11/2018 - 23:38 1 633 0   0  

Abel Məhərrəmovun işdən çıxarılmasından sonra Bakı Dövlət Universitetində total yoxlamalar başlayıb.

Suveren.az yenicag.az-a istinadən xəbər verir ki, ötən gündən etibarən ali təhsil ocağına giriş-çıxış bağlanılıb, hər tərəf möhürlənib.

Yoxlamaları bir neçə qurumun ortaq apardığı bildirilir.

Yoxlamaya gələn şəxslər işdən çıxarılan rektor Abel Məhərrəmovun 19 illik fəaliyyətini təftiş edirlər. Giriş-çıxışa məhdudiyyət qoyulmasının səbəbi isə binadan hər hansı bir sənədin çıxarılma ehtimalının qarşısını almaqdan ibarətdir.

Yoxlamalar nəticəsində ciddi həbslərin olacağı gözlənilir.