Abel Məhərrəmovun general qardaşı da işdən uzaqlaşdırılıb? - Nazirlikdən açıqlama

17/11/2018 - 09:57 796 0   0  

Ədliyyə nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi, general Rauf Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılması barədə xəbərlər yayılıb.

Yayılan məlumatlarda bu barədə Ədliyyə naziri Fikrət Məmmədovun əmr imzaladığı deyilir.
Bu məlumat gecə saatlarında yayıldığı üçün əməkdaşlarımız informasiyanı tam dəqiqləşdirmək imkanlarından məhrumdur.
Mövzunu diqqətdə saxlayacağıq.

***

Ədliyyə nazirliyinin Facebook səhifəsində Rauf Məhərrəmovun işdən uzaqlaşdırılması barədə sosial şəbəkədə yayılan məlumatlara aydınlıq gətirilib.
Nazirlik bildirir ki, bu məlumatlar yanlışdır və R. Məhərrəmov işinə davam edir./AzNews.az